ABŞ Ukraynanı dəstəkləməyə qarşı çıxıbbackend

ABŞ Ukraynanı dəstəkləməyə qarşı çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar G7 maliyyə nazirlərinin iclasının yekun bəyanatına Ukraynaya əlavə dəstək haqqında bəndin daxil edilməsinə qarşıdır.

NOCOMMENT.az bu barədə “Politico” danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən xəbər verir.

“Birləşmiş Ştatlar Kanadanın maliyyə nazirləri tərəfindən hazırlanan G7 bəyanatına Ukraynaya “daha ​​çox dəstək”in daxil edilməsinin əleyhinədir ”, – deyə bəyanatda bildirilir.

Bundan əlavə, nəşrə görə, Vaşinqton Rusiyanın Ukrayna ərazisindəki xüsusi hərbi əməliyyatı ilə bağlı “qanunsuz” ifadəsindən də imtina edib.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukraynadakı münaqişənin yalnız diplomatik həlli var. “Bu böhranın hərbi yolla həlli yoxdur. Bu, danışıqlarla yekunlaşmalıdır” dedi.