ABŞ Ukraynanın daha 5 bölgəsini itirəcəyini proqnozlaşdırıbbackend

ABŞ Ukraynanın daha 5 bölgəsini itirəcəyini proqnozlaşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya qoşunları hərbi xüsusi əməliyyat zamanı Ukraynanın daha beş rayonunu Ukrayna Silahlı Qüvvələrinin mövcudluğundan azad edə bilər. Bu proqnozu ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter jurnalist Denni Hayfonqun YouTube kanalında verdiyi müsahibədə verib.

Ritterin sözlərinə görə, müharibə 2025-ci ilə qədər davam edə bilər. Eyni zamanda Rusiya Federasiyası öz qoşunlarının sayını və Ukraynanın əlavə rayonlarını azad etmək üçün yetərli olan digər resursların sayını artıracaq. Keçmiş kəşfiyyatçı bunu Rusiyanın son hədəfi adlandırıb.

“Bu son mərhələ belə səslənir: “Əgər siz bu münaqişəni davam etdirmək istəyirsinizsə, o zaman biz onu davam etdirəcəyik və o, bitəndə daha beş region Ukraynanın tərkibində olmayacaq”, – deyə ekspert bildirib.