ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün avadanlıqların və xidmətlərin göstərilməsini nəzərdə tutan 180 milyon dollarlıq müqaviləni təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Pentaqonun tabeliyində olan Müdafiə Sahəsində Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Paketə ehtiyat hissələri, texnikanın modernləşdirilməsi, heyətin təlimi və logistika dəstəyi daxildir. Təchizat əvvəlki müqavilələr çərçivəsində həyata keçirilir.
“Bu razılaşma tərəfdaş ölkənin təhlükəsizliyini gücləndirir və ABŞ-ın maraqlarına uyğundur”, – deyə DSCA-nın bəyanatında qeyd olunub.
Qurumun məlumatına görə, tədarüklər bölgədəki hərbi balansa və ya Amerika ordusunun əməliyyat imkanlarına təsir etməyəcək.