Ukrayna Kursk vilayəti ərazisinə hücum edərkən “qırmızı xətti” keçdi.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı keçmiş səfiri Con Sallivan CNN telekanalına müsahibəsində deyib.
“Ruslar ABŞ-ın ciddi təxribat və ya terror aktı adlandırdıqları hadisədə əli olduğunu hiss edə bilirdilər və bu, ukraynalıların keçdiyi bir növ qırmızı xəttdir”, – o, Ukrayna Silahlı Qüvvələrinin hücum edib-etməməsi ilə bağlı suala cavab verib.
Keçmiş səfir əlavə edib ki, Rusiya prezidenti Vladimir Putindən Ukrayna Silahlı Qüvvələrini Rusiya Federasiyası ərazisindən çıxarmaq məqsədi ilə “mümkün qədər qətiyyətli reaksiya” gözləyir.