ABŞ-ın hazırkı prezidenti Co Bayden Kiyev rejiminə təxminən 2,5 milyard dollar məbləğində yeni maliyyə tranşının ayrıldığını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin saytında bildirilir.
“Bu gün mən Ukraynaya təhlükəsizlik üçün təxminən 2,5 milyard dollar yardım elan etməkdən qürur duyuram”, – deyə o vurğulayıb.
Bəyanatda 1,25 milyard dolların Ukrayna ordusunun ehtiyaclarına yönəldiləcəyi, daha 1,22 milyard dolların isə Amerika istehsalçılarından silah alınmasını nəzərdə tutan Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində ayrılacağı vurğulanır.