ABŞ administrasiyası Ukraynaya əlavə “Patriot” zenit-raket sistemlərinin tədarükü ilə bağlı müttəfiqlərlə fəal danışıqlar aparır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Malayziyaya səfəri çərçivəsində jurnalistlərə açıqlama verərkən bildirib.
“Biz müdafiə məqsədli silahların təmin edilməsi üçün alternativ yollar axtarırıq, o cümlədən digər ölkələrdən sistemlərin yenidən bölüşdürülməsi variantlarını nəzərdən keçiririk”, – deyə Rubio izah edib.
Onun sözlərinə görə, potensial donor ölkələr arasında İspaniya və Almaniya da var.
Rubio əlavə edib ki, ABŞ Ukraynaya silah tədarükünü dayandırmaqla bağlı heç bir siyasi qərar qəbul etməyib. Sadəcə ehtiyatların yenidən nəzərdən keçirilməsi və yardıma müvəqqəti fasilə verilməsi baş verib.