ABŞ Ukraynaya F-16 verməyəcəkbackend

ABŞ Ukraynaya F-16 verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya Abrams tankları göndərməyə qərar verən və Almaniyanı Leopard tankları verməyə təşviq edən ABŞ prezidenti Bayden ölkəsinin Kiyev rəhbərliyinə F-16 döyüş təyyarələri verməyəcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Merilend səfərindən sonra Vaşinqtona qayıdan Bayden Ağ Evdə jurnalistin “ABŞ Ukraynaya F-16-lar verəcəkmi?”sualına “Xeyr” cavabını verib.

Bayden Rusiya-Ukrayna müharibəsinin ildönümündə Avropaya səfər edib-etməyəcəyi ilə bağlı suala da “Əmin deyiləm” cavabını verib.

Qeyd edək ki, Bayden Polşaya səfər edəcəyini və səfərin nə vaxt olacağını hələ bilmədiklərini bildirib.

NOCOMMENT.az