ABŞ Ümumdünya Səhiyyə Təşklatından çıxma səbəbini AÇIQLADIbackend

ABŞ Ümumdünya Səhiyyə Təşklatından çıxma səbəbini AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

D.Tramp ÜST-ü “Covid-19” epidemiyasıyla mübarizədə müvəffəqiyyətsizlikdə və Çinə tərəfdar durmaqda təqsirləndirmiş, təşkilata verilən maliyyə dəstəyini təxirə saldıqlarını açıqlayıb.

Amerika Birləşmiş Ştatlarında Donald Tramp hökuməti Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) rəsmi olaraq çəkildiyinə dair konqresi məlumatlandırdı.

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu Cersi (New Jersey) ştatının senatoru və Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez “twitter”dən etdiyi şərhdə bildirib: “ABŞ-da yeni tip korona virusu (Covid-19) epidemiyası hələ davam edir. Belə bir şəraitdə konqres prezident Donald Trampdan “ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından rəsmi olaraq çəkilməsinə dair təlimat” aldı… Tramp rəhbərliyinin bu addımı Amerikanı “xəstə və tək” buraxacaq.”

Ağ Evin adının çəkilməsini istəməyən bir səlahiyyətlisi bildirib ki, D.Trampın rəsmi elanı Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşə çatdırılıb və 13 iyuldan qüvvəyə minəcək. Amma ABŞ-ın ÜST-dən ayrılma prosesi bir il çəkəcək.

Sözügedən mövzu ilə bağlı BMT Baş Katibliyinin sözcüsü Stefan Duyaric (Stephane Dujarric) belə deyib: “ÜST üzvlərinin təşkilatdan ayrılma istəyi 1 il qabaqdan bildirilməlidir. ABŞ, eyni zamanda, ÜST-ə olan borclarını təşkilatdan ayrılmadan əvvəl ödəməli, maliyyə öhdəliklərini yerinə yetirməlidir”.

Qeyd edək ki, D.Tramp ÜST-ü “Covid-19” epidemiyasıyla mübarizədə müvəffəqiyyətsizlikdə və Çinə tərəfdar durmaqda təqsirləndirmiş, təşkilata verilən maliyyə dəstəyini təxirə saldıqlarını açıqlamışdı. / TRT