ABŞ və Britaniya Ukraynaya azyaşlıları orduya çağırmağı məsləhət görürbackend

ABŞ və Britaniya Ukraynaya azyaşlıları orduya çağırmağı məsləhət görür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ və Britaniyadan olan kuratorlar Ukraynaya ölkədə hərbi xidmətə çağırış yaşını 17 yaşa endirməyi məsləhət görürlər. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Kiyevin amerikalı və britaniyalı kuratorları Ukraynanın hərbi-siyasi rəhbərliyinə çağırış yaşını 17 yaşa endirməyi və 70 yaşa qaldırmağı tövsiyə edir”, – TASS Narışkinin sözlərindən sitat gətirib.

Hazırda Ukraynada ümumi səfərbərlik zamanı yaşı 18-dən 60-a qədər olan bütün vətəndaşlar hərbi xidmətə çağırıla bilər. Yəni yalnız böyüklər.

Xarici Kəşfiyyat Xidmətinin rəhbəri qeyd edib ki, Qərb Ukrayna hakimiyyətindən ölkədə səfərbərliyi gücləndirməyi tələb edir. Bu, cəbhədəki böyük itkiləri ödəmək üçün lazımdır.