ABŞ və Çin Londonda ticarət danışıqlarına başlayırbackend

ABŞ və Çin Londonda ticarət danışıqlarına başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Çin nümayəndə heyətləri Londonda ticarət danışıqlarının ikinci mərhələsinə başlayıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Müzakirələrin başlandığını Sinxua agentliyi də təsdiqləyib.

Çin tərəfini Baş nazirin müavini He Lifeng təmsil edir. Amerika nümayəndə heyətinə maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qri daxildir.

Çin və ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi mayın 10-11-də Cenevrədə keçirilən danışıqlardan sonra yaradılıb. İsveçrədə keçirilən həmin görüşdə Pekin və Vaşinqton may ayına qədər məbləği 100%-dən çox olan qarşılıqlı rüsumları qismən azaltmaq barədə razılığa gəliblər.

İyunun 5-də Çin prezidenti Si Tsinpin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub və mümkün qədər tez bir zamanda ticarət-iqtisadi danışıqların yeni raundunun keçirilməsi barədə razılığa gəliblər.