ABŞ və daha 48 ölkə İranın İsrailə hücumunu pisləyibbackend

ABŞ və daha 48 ölkə İranın İsrailə hücumunu pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın İsrailə hücumu ABŞ başda olmaqla 49 ölkə tərəfindən məsələ ilə bağlı birgə bəyanat yayaraq pislənib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İnterfaks“ məlumat yayıb.

Ölkələrin birgə bəyanatında deyilir ki, onlar “İran İslam Respublikası və onun yaraqlı tərəfdaşlarının yüzlərlə ballistik və qanadlı raketlər və pilotsuz təyyarələrdən istifadə edərək İsrail dövlətinə hücumunu birmənalı şəkildə pisləyirlər”. İmzalayanlar münaqişənin bütün tərəflərini və region ölkələrini daha da gərginliyin qarşısını almaq üçün addımlar atmağa çağırıblar.

Aprelin 14-nə keçən gecə İranın Suriyanın Dəməşq şəhərindəki konsulluğuna hücuma cavab olaraq İran İsrailə hücum edib. Beş saat davam edən hücum zamanı İslam Respublikası İsrailə doğru 185 pilotsuz uçuş aparatı, 30 qanadlı raket və 120 ballistik raket atıb.