ABŞ və İran arasında nüvə müharibəsi indiki məqamda gerçəkləşməyəcək deyə düşünürəm. Çünki Donald Trampın hakimiyyəti dövründə nüvə savaşları o qədər də gündəmdə olan bir məsələ olmayıb.
Bu fikirləri NOCOMMENT.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov bildirib.
Həmçinin nəzərə almalıyıq ki, Tramp hakimiyyətə gəldikdən sonra iqtisadi siyasət həyata keçirəcəyini bəyan edib. Bu siyasət, əsasən, ABŞ-ın daha az müharibə ilə, daha sabit bir dünya düzənində fəaliyyət göstərməsi məqsədini güdür. Buna görə də, hətta lokal çarpışmalar baş versə belə, ABŞ ilə İran arasındakı gərginliyin genişmiqyaslı bir müharibəyə, xüsusən də nüvə müharibəsinə çevriləcəyini gözləmirəm.
Hazırda dünya siyasi konyukturasında ümumiyyətlə nüvə müharibəsinə hazırlıq yoxdur, xüsusən də nəzərə alsaq ki, həm Amerika, həm də İran bir-birinə qarşı ifrat konfrantasiyada olan qütbləri təmsil edirlər. Beləliklə, bu müharibənin reallaşma ehtimalı daha da absurd görünür.
Elnur Quliyev