ABŞ və İran arasında diplomatik təmas bərpa edilib – KİVbackend

ABŞ və İran arasında diplomatik təmas bərpa edilib – KİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin İranda həbsdə olan vətəndaşlarını azad etmək və nüvə işini cilovlamaq məqsədilə Tehranla sakitcə diplomatik əlaqələri bərpa etdiyi iddia olunub.

NOCOMMENT.az xəbər verir ki, Wall Street Journal (WSJ) məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ-da Co Bayden administrasiyası Tehranın saxladığı amerikalı məhbusları azad etmək və inkişaf etməkdə olan nüvə proqramını cilovlamaq məqsədi ilə İranla danışıqları sakitcə bərpa edib.

Xəbərdə iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında dekabr ayında Nyu-Yorkda başlayan görüşlərdən sonra Ağ Ev rəsmilərinin ən azı 3 dəfə Omana getdiyi və Oman rəsmilərinin tərəflər arasında mesajlar çatdırdığı iddia edilib.

Müvafiq olaraq, məhbusların azad edilməsi və onların nüvə fəaliyyətlərinin məhdudlaşdırılması müqabilində Tehran administrasiyası ABŞ-ın xaricdəki sanksiyalarına əlavə olunan milyardlarla dollarlıq enerji gəliri əldə etmək istədiyi bildirilib.

NOCOMMENT.AZ