ABŞ və İran qüvvələri arasında atışma – Yaralılar varbackend

ABŞ və İran qüvvələri arasında atışma – Yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın şərqində yerləşən Deyrizor rayonunda İranın dəstəklədiyi terrorçu qruplaşmalar ABŞ qüvvələrinin nəzarətində olan Ömer petrol və Kuniko qaz sahələrinə raketlə hücum edib.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, ABŞ qüvvələri hücumlara top və raketlə cavab verib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat katibi Abigail Hammok hücum zamanı yaralanan 6 əsgərin vəziyyətinin stabil olduğunu və ikisinin xidmətə qayıtdığını bildirib.

O deyib ki, 3 yaralıdan biri Bağdadda, digər ikisi Ərbildə müalicəyə cəlb olunub.

Hammok raket hücumunun İran tərəfindən dəstəklənən qruplar tərəfindən edildiyini təsdiqləyib.

Bundan əvvəl Pentaqonun sözçüsü Patrik Ryder hücumun ötən gün yerli saatla 08.05 radələrində baş tutduğunu və bu zaman ABŞ hərbi bazasına 10 raket atıldığını qeyd etmişdi. Qarşı tərəfin itkiləri barədə hər hansı məlumat verilməyib.

Onu da bildirək ki, Suriyada mövcud olan ABŞ və koalisya qüvvələri mütəmadı olaraq İranın dəstəklədiyi terrorçu qruplaşmalar tərəfindən hücuma məruz qalır.