ABŞ və müttəfiqləri ötən ay Ukraynanın sülh planı ilə bağlı gizli görüş keçiriblərbackend

ABŞ və müttəfiqləri ötən ay Ukraynanın sülh planı ilə bağlı gizli görüş keçiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və müttəfiqləri ötən ay Ukraynanın Rusiya ilə “sülh planı” ilə bağlı gizli görüş keçiriblər.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Bildirilib ki, dekabrın 16-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan gizli görüşdə Ukrayna ilə yanaşı G7 ölkələri, həmçinin bir qrup Qlobal Cənub ölkələri iştirak edib.

Görüşə Rusiyanın dəvət edilmədiyi, Çin isə iştirak etmədiyi bildirilib.

Qeyd olunub ki, görüşün gizli keçirilməsində məqsəd həm də iştirakçı ölkələrin özlərini daha rahat hiss etmələrini təmin etmək olub. Belə ki, mənbələr nisbətən kiçik formatda baş tutan görüşün Ukraynanın sülh formulası ilə bağlı daha sərbəst və səmimi müzakirələr aparmağa imkan verdiyini bildiriblər.

“Bloomberg“ müttəfiqlərin Ukraynaya dəstək səylərinin son aylarda zəiflədiyini qeyd edib.