ABŞ və Rusiya arasında Venesuela davası qızışırbackend

ABŞ və Rusiya arasında Venesuela davası qızışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar və Rusiya arasında Venesuela ətrafında maraqların toqquşması prosesi başlayıb. ABŞ prezidenti Donald Tramp öz kəşfiyyatına Venesuela ərazisində gizli əməliyyatların aparılmasını tapşırığı verərkən onun rusiyalı həmkarı Vladimir Putin Venesuela ilə strateji tərəfdaşlıq və əməkdaşlıq sazişinin ratifikasiyası haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib.

NOCOMMENT.az “Kommersant”a istinadən xəbər verir ki, sənəd Dövlət Dumasının elektron məlumat bazasında yerləşdirilib.

Saziş mayın 7-də Venesuela prezidenti Nikolas Maduronun Moskvaya səfəri zamanı imzalanıb. Sənədə əsasən, Rusiya və Venesuela məcburi birtərəfli sanksiyalara qarşıdır. Saziş həmçinin iki ölkə arasında enerji, mədənçıxarma və terrorla mübarizə də daxil olmaqla siyasi, iqtisadi və müdafiə sahələrində əməkdaşlığı genişləndirir. Sentyabrda Venesuela parlamenti sazişi təsdiqləyib.

Putin dünən Federal Məclisdə Rusiya ilə Venesuela arasında tərəfdaşlıq məsələsinə baxılarkən Sergey Ryabkovu özünün rəsmi nümayəndəsi təyin edib.

Xatirə SADİQ