ABŞ və Rusiya görüşdü: Danışıqlar müzakirə olundu?backend

ABŞ və Rusiya görüşdü: Danışıqlar müzakirə olundu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın paytaxtı Yeni Delhidə keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində ABŞ dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrovun qısa görüşünün baş tutduğu bildirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin adı açıqlanmayan yüksək rütbəli rəsmisi məlumat verib.

Təxminən 10 dəqiqə davam edən görüşdə Blinken Lavrova “ABŞ müharibə bitənə qədər Ukraynanı dəstəkləməyə davam edəcək” deyib. Blinken həmçinin Rusiyanı nüvə silahlarının məhdudlaşdırılmasını ehtiva edən Yeni START Müqaviləsində iştirakını dayandırmaq qərarından imtina etməyə və həbsdə olan ABŞ vətəndaşı Pol Uilanı azad etməyə çağırıb.

Rusiya Xarici İşlər Nazirliyi də ikilinin “qısa müddətə” görüşdüyünü təsdiqləyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verdiyi açıqlamada, “Blinken Lavrovla əlaqə qurmaq istədi. Lavrov (Blinkenlə) hərəkət halında danışıb. Heç bir danışıq, görüş və ya buna bənzər bir şey olmayıb” deyə bildirib.

Qeyd edək ki, Blinken və Lavrov sonuncu dəfə 2022-ci ilin yanvarında, müharibədən əvvəl üz-üzə görüşüblər.

NOCOMMENT.AZ