ABŞ və Səudiyyə Ərəbistanı birgə hərbi hava təlimi keçirdibackend

ABŞ və Səudiyyə Ərəbistanı birgə hərbi hava təlimi keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin “Twitter” hesabında yayılan açıqlamaya görə, təlimin “hərbi hazırlıq potensialını yüksəltmək” məqsədi daşıdığı bildirilib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus uzaqmənzilli strateji bombardmançı B-1 Lancer və F15 döyüş təyyarələrinin də yer aldığı təlimdə atış məsafəsində simulyasiya hədəflərinin məhv edilməsi üçün əsl sursatdan istifadə edilib.

Qeyd edək ki, Mayın 30-da da Səudiyyə Ərəbistanında Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri və ABŞ ilə “Qartalın qətiyyəti 23” adlı birgə hərbi təlim keçirilib.

Xatırladaq ki, 2022-ci ilin mart ayında ABŞ-ın Körfəzdə “Qartalın qətiyyəti 22” adlı hərbi təlimi keçirilib.

NOCOMMENT.AZ