Vaşinqton və Ankara Suriyada nizamlanma ilə bağlı razılığa gəliblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken məlumat verib.
“Biz Suriyanın gələcəyini təsəvvür etmək üçün atacağımız addımlar barədə geniş şəkildə razılığa gəldik”, – deyə o vurğulayıb.
Bundan əvvəl Ərdoğan Blinkenlə danışıqlar zamanı Ankaranın Suriyanın ərazi bütövlüyünün və unitar quruluşunun qorunmasının tərəfdarı olduğunu bildirib.