ABŞ və Ukrayna arasında təhlükəsizlik sazişinin DETALLARIbackend

ABŞ və Ukrayna arasında təhlükəsizlik sazişinin DETALLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Ukrayna arasında təhlükəsizlik sazişi imzalanıb.

NOCOMMENT.az xəbər verir ki, İtaliyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə birlikdə təhlükəsizlik sazişinə qol çəkib. Mərasim “Böyük Yeddilik” ölkələri (G7) sammiti çərçivəsində baş tutub.

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ-Ukrayna təhlükəsizlik sazişi 10 il müddətinə bağlanacaq:

“Sadə dillə desək, bu o deməkdir ki, biz Ukraynanı növbəti 10 il ərzində müdafiəsini gücləndirməkdə dəstəkləyəcəyik”, – deyə o qeyd edib. ABŞ hava hücumundan müdafiə sistemlərini əvvəlcə Ukraynaya, sonra isə digər tərəfdaşlarına çatdırmağa çalışır.

“Əlimizdə olan hər şey Ukraynaya göndəriləcək və yalnız bundan sonra digər müştərilər qarşısında öhdəliklərimizi yerinə yetirəcəyik”, – C.Bayden qeyd edib.

ABŞ prezidenti həmçinin bildirib ki, hazırda ABŞ-ın beş tərəfdaşı “Patriot” hava hücumundan müdafiə sistemləri və digər hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verməyə söz verib.

Qeyd edək ki,iyunun 13-də G7 ölkələri Ukraynaya 50 milyard dollar məbləğində kredit verilməsinə dair razılığa gəliblər. Kreditin Ukraynanın silah alması, infrastrukturu bərpa etməsi və digər təcili maliyyə ehtiyaclarını ödəməsi üçün ayrılması panlaşdırılır. Həmçinin kreditin Avropa Banklarında dondurulmuş 300 milyard dollara yaxın Rusiya aktivlərindən əldə olunan faizlər hesabına ödənilməsi nəzərdə tutulur.