ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski telefon danışığını başa vurublar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyi öz mənbələrinə istinadən məlumat verib.
Danışığın detalları açıqlanmayıb.
Axios portalının jurnalistinin verdiyi məlumata görə, Tramp Zelenski ilə Rusiya lideri Vladimir Putin və ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilmiş görüşdən sonra əlaqə saxlayıb.
Tramp Truth Social sosial şəbəkəsində bildirib ki, görüşdə “böyük irəliləyiş” əldə olunub.