ABŞ və Ukraynanın yüksək vəzifəli rəsmiləri GÖRÜŞDÜbackend

ABŞ və Ukraynanın yüksək vəzifəli rəsmiləri GÖRÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsinin bir ildən artıqdır davam etdiyi bir vaxtda Ukraynanın yüksək səviyyəli rəhbərləri ən böyük dəstəkçilərindən biri olan ABŞ ilə müharibənin gedişi ilə bağlı danışıqlar aparıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib.

Məlumata görə onlayn görüşdə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, müdafiə naziri Lloyd Ostin, baş qərargah rəisi general Mark A.Milley, Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak, müdafiə naziri Oleksiy Reznikov və Baş Qərargah rəisi Valeri Zalujniy iştirak edib.

Danışıqlar zamanı Ukrayna rəsmiləri döyüş meydanındakı vəziyyətlə bağlı aktual məlumatları çatdırıblar.

Görüşün sonunda Ukrayna prezidenti Vladimir Zelenskinin də iştirak etdiyi bildirilib.

NOCOMMENT.AZ