ABŞ və Venesuela hökumətləri arasında gizli danışıqlar olubbackend

ABŞ və Venesuela hökumətləri arasında gizli danışıqlar olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Venesuelanın yüksək rütbəli rəsmiləri Latın Amerikası ölkəsində seçkilərin keçirilməsi şərtlərini müzakirə etmək üçün aprelin 9-da Meksikanın paytaxtında gizli görüş keçiriblər , görüş Vaşinqtonun neft, qaz və qızıl hasilatı sektorlarında Karakasa qarşı sanksiyalarının mümkün bərpası tarixindən əvvəl baş tutub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

“ABŞ rəsmiləri bu həftə Venesuela prezidenti Nikolas Maduronun demokratik islahatlar üzrə danışıqlarda iştirakını dəstəkləmək üçün onun administrasiyasının üzvləri ilə gizli görüşdülər”, – nəşr yazır.

Bildirilir ki, tədbirdə ABŞ prezidenti Co Bayden administrasiyası və Venesuela hökumətinin nümayəndələri, o cümlədən ABŞ Milli Təhlükəsizlik Şurasından Daniel Erikson və Maduronun “baş müzakirəçisi” Xorxe Rodriges iştirak ediblər.