ABŞ vətəndaşlarına səsləndi – Rusiyaya getməyinbackend

ABŞ vətəndaşlarına səsləndi – Rusiyaya getməyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarını Rusiyaya səyahət etməkdən çəkinməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, Departamentin mətbuat katibi Metyu Miller bildirib ki, hazırda saxlanılan vətəndaşlarla konsulluğ səviyyəsində əlaqə qurmağa çalışırlar.

Birləşmiş Ştatların açıqlamaları ötən günlərdə Rusiyanın ikili vətəndaşlığı olan jurnalist Evan Gerşkoviçi casusluq ittihamı ilə mühakimə etməsindən sonra gəlib.

Gerşkoviçlə yanaşı daha bir Rusiya və Amerika vətəndaşlığına sahib 33 yaşlı qadın da saxlanılıb. O, Ukrayna üçün maliyyə dəstəyi toplamağda ittiham olunur.