ABŞ vətəndaşlarına xəbərdarlıq edib: Meksika yaz aylarında…backend

ABŞ vətəndaşlarına xəbərdarlıq edib: Meksika yaz aylarında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Texas ştatının rəsmiləri Amerika vətəndaşlarına təhlükəsizlik baxımından yaz tətili zamanı Meksikaya getməmək barədə xəbərdarlıq edib.

NOCOMMENT xəbər verir ki, Texas İctimai Təhlükəsizlik Departamenti narkotik kartellərinin zorakılığının Meksikaya keçən hər kəs üçün əhəmiyyətli təhlükə yaratdığını açıqladı.

Texas İctimai Təhlükəsizlik Departamentinin direktoru Steven McCraw, bu ölkədə baş verən hadisələrə və kartellərin fəaliyyətinə diqqət çəkərək, “Biz insanları bu müddət ərzində Meksikaya səyahət etməkdən çəkinməyə çağırırıq” dedi.

Xəbərdarlıq keçən həftə dörd amerikalının sərhədi keçdikdən qısa müddət sonra oğurlanmasından sonra edilib. Bu şəxslərdən 2-si öldürülüb, 2-si isə sağ-salamat buraxılıb.

Bazarda paltar satmaq üçün Meksikaya gedən 3 ABŞ qadınının 2 həftədən çoxdur itkin düşdüyü məlum olub.