ABŞ vətəndaşlarını Rusiyanı tərk etməyə çağırırbackend

ABŞ vətəndaşlarını Rusiyanı tərk etməyə çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarını Rusiyanı ziyarət etməməyə və orada olan vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, səfirlik “Rusiyaya səfər etməməyə” çağırıb.

ABŞ-ın Moskvadakı səfirliyinin bəyanatında deyilir: “Rusiyada yaşayan və ya bu ölkəyə səyahət edən ABŞ vətəndaşları əsassız həbs riski səbəbindən dərhal Rusiyanı tərk etməlidirlər”.

Qeyd edək ki, ABŞ Rusiyada yaşayan vətəndaşlarına ölkəni tərk etməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edib.

NOCOMMENT.AZ