ABŞ Xəzinədarlığı: Çin tarif siyasətinə görə 10 milyon iş yerini itirə bilərbackend

ABŞ Xəzinədarlığı: Çin tarif siyasətinə görə 10 milyon iş yerini itirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Maliyyə Naziri Skott Bessent hesab edir ki, Çin ABŞ məhsullarına tətbiq etdiyi tariflər səbəbindən 10 milyona qədər iş yerini itirə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Düşünürəm ki, zaman keçdikcə Çinin tətbiq etdiyi tarifləri saxlaya bilməyəcəyini görəcəyik. Onları qoruyarkən Pekin 10 milyon iş yerini çox tez itirəcək. Hətta rüsum dərəcələrində azalma olsa belə, onlar 5 milyon iş yerini itirə bilər”, – nazir bildirib.

O əlavə edib ki, Vaşinqton Pekinin ticarət ziddiyyətlərini aradan qaldırmaq üçün ilk addımları atmasını gözləyir.