ABŞ Xiaomi-ni qara siyahıya saldıbackend

ABŞ Xiaomi-ni qara siyahıya saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası Çinin doqquz şirkətini, o cümlədən “Xiaomi” smartfonlarının istehsalçısını və “Comac” aviaşirkətini, Amerikanın hərb sahəsi ilə əlaqələri olan sərmayədarları üçün qadağan edilmişlərin siyahısına salıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sənədlərə istinadən “Reuters” agentliyi bildirib.

Agentliyin məlumatına görə, Amerika sərmayədarları 11 noyabr 2021-ci ilə qədər “qara siyahı”ya düşmüş Çin firmalarından öz aktivlərini çıxarmalı olacaqlar.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp 2021-ci ilin 11 yanvarından Amerika vətəndaşlarına və şirkətlərə Çin Xalq Respublikasının hərbi firmalarından qiymətli kağızları almağı qadağan edən fərman imzalayıb. “Report”