ABŞ Xiaomi şirkətinə qarşı sanksiyalarını ləğv edirbackend

ABŞ Xiaomi şirkətinə qarşı sanksiyalarını ləğv edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ məhkəməsi Pentaqonun “Xiaomi” şirkətini “Çinin hərbi müəssisələri” siyahısına salmaq qərarını ləğv edib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu ilin yanvarında ABŞ hökuməti “Xiaomi” də daxil olmaqla Çinin 9 şirkətinə amerikalı sərmayədarlarla əməkdaşlıq etməyə qadağa qoyub. Belə ki, bu şirkətlərin çinli hərbçilərlə əlaqədə olduğu iddia olunub.

Məhkəmə qərarından sonra amerikalı biznesmenlər “Xiaomi”nin səhmlərini satın alacaqlar.

Bir müddət öncə ABŞ federal məhkəməsi “Xiaomi”yə qarşı tətbiq edilmiş sərmayə qadağası barədə hökumətin qərarını müvəqqəti dayandırıb.