ABŞ xüsusi nümayəndəsi: Rusiya Ukraynadakı münaqişədə məğlubdurbackend

ABŞ xüsusi nümayəndəsi: Rusiya Ukraynadakı münaqişədə məğlubdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti yanında Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndə Kit Kelloq bildirib ki, əgər Rusiya Ukraynadakı münaqişədə qalib gəlsəydi, onun qoşunları artıq Kiyev və Odessada olardı, ölkənin hökuməti isə devrilmiş olardı.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri o, ukraynalı oliqarx Viktor Pinçuk fondunun YouTube kanalında çıxışı zamanı səsləndirib.

Kelloq hesab edir ki, Rusiya Ukraynadakı münaqişədə məğlub olur, çünki rus tərəfinin itkiləri “nəhəng” səviyyədədir və döyüş bölgəsinə “muzeydən çıxarılan tanklar” göndərilir. O, həmçinin vurğulayıb ki, rus qoşunlarının irəliləməsi çox ləng templə gedir.