ABŞ Yaponiyada təlim uçuşu zamanı pilotsuz təyyarəsini itirdibackend

ABŞ Yaponiyada təlim uçuşu zamanı pilotsuz təyyarəsini itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ-a məxsus hərbi pilotsuz uçan aparat Yaponiyada təlim uçuşu zamanı itib. Bu barədə Yaponiyanın NHK telekanalı ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məqalədə deyilir: “ABŞ hərbi pilotsuz uçan aparatı poliqonda məşq edərkən yoxa çıxıb”.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Şizuoka prefekturasında məşhur Fuci vulkanı yaxınlığındakı Hiqaşi-Fuci poliqonunda üç metrlik pilotsuz uçan aparatın yoxa çıxması baş verib.

“Hazırda hadisə nəticəsində dəymiş ziyanla bağlı məlumat yoxdur”, – materialda deyilir.