ABŞ-yə kiberhücumlar – Ağ Ev narahatdırbackend

ABŞ-yə kiberhücumlar – Ağ Ev narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatların kritik infrastrukturlarına kiberhücumlar edilib.

NOCOMMENT.az “The Guardian”a istinadən xəbər verir ki, kəşfiyyat agentliklərinin bəyanatında bəzi obyektlərin son 5 ildə çinli hakerlərin hədəfində olduğu qeyd edilib.

İddiaya görə, hakerlər aviasiya, dəmir yolu, dənizçilik, boru xətti təşkilatlarının şəbəkərlərini ələ keçirməyə çalışırlar. Sənəddə müdaxilələrin casusluqdan çox təxribat xarakterli olduğu vurğulanıb.

Kiberhücumlar Ağ Evin narahatlığına səbəb olub və mübarizə üçün danışıqlara başlayıb.