ABŞ yenə Türkiyəni ittiham etdi – Departamentdən skandal açıqlamabackend

ABŞ yenə Türkiyəni ittiham etdi – Departamentdən skandal açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti Ankaranın oktyabrın 11-də “Oruc Rəis”tədqiqat gəmisini Aralıq dənizinin şərqinə göndərməsinə münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, açıqlamada Ankara bölgədə gərginliyi artırmaqda və Afina ilə kəşfiyyat danışıqlarına başlamağı qəsdən çətinləşdirməkdə ittiham edilib.

Yunanıstanın Türkiyəyə qarşı həyata keçirdiyi təxribatlarının görməzdən gəlindiyi açıqlamada növbəti dəfə Ağ Evin ədalətsiz mövqeyi nümayiş etdirilib.

Dövlət departamentinin sözçüsü Morqan Ortaqusun verdiyi açıqlamada bildirilib:

“Təhdidlər və hədələr Aralıq dənizinin şərqindəki gərginliyi aradan qaldırmayacaq. Türkiyəni dərhal əvvəlcədən hesablanmış bu təxribatları dayandırmağa və Yunanıstanla kəşfiyyat danışıqlarına başlamağa çağırırıq”.

Teleqraf.com