Abşeron Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi bərk inventarların satın alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müsabiqənin qalibi “Qardaşlar Mebel” QSC olub və şirkətlə ümumilikdə 39.031,45 manat dəyərində müqavilənin bağlanacağı gözlənilir.
Müqaviləyə əsasən xəstəxana üçün paltar və sənəd dolabları, İZO modeli xrom dayaqlı oturacaqlar, mətbəx üçün oturacaqlar, bələk masası, gözləmə oturacaqları, çarpayı yanı dolablar, alət masası, servis və təmizlik arabaları, çirkli paltar arabası, əlil arabası, həmçinin şöbə müdiri, müşavir və müavin üçün nəzərdə tutulan ofis kresloları alınacaq.