Abşeron Rayon Mərkəzi Xəstəxanasının radiorabitə vasitələri (əl radiostansiyası) alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 4 min 882 manat 67 qəpik təşkil edirdi.
Tenderin ləğvinə səbəb kimi iştirakçı təchizatçıların sayının üçdən az olması göstərilib. Qeyd edilib ki, yalnız tələb olunan şərtlərə cavab verən az sayda şirkət müraciət etdiyindən, “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən müsabiqə ləğv edilib.