Abşeron sakini evində ölü tapılıbbackend

Abşeron sakini evində ölü tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda kişi meyiti aşkarlanıb.

Bu barədə NOCOMMENT-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, Qobu qəsəbəsində bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1975-ci il təvəllüdlü Əliyev Ruslan Məhərrəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.