Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi katriclərin dolumu, sənədlərin cildlənməsi və tikilməsi xidmətinin satın alınması üçün “Naal Elektron Avadanlıqlar Proqram” MMC ilə müqavilə imzalayıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müqavilənin dəyəri 13.524 manatdır.
Qalib şirkət – “Naal Elektron Avadanlıqlar Proqram” MMC – sözügedən xidmətləri təqdim edəcək. Maraqlı məqam ondan ibarətdir ki, bu məbləğ sırf katriclərin dolması və sənədlərin tikilməsi kimi gündəlik, texniki işlər üçün ayrılıb.