Abşeronda avtobus piyadanı vuraraq öldürübbackend

Abşeronda avtobus piyadanı vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda avtobus piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, hadisə dekabrın 12-si saat 18 radələrində rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini A.Ağaquliyev idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən qəsəbə sakini U.Bağırovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.