Abşeronda çirkab suları evlərin həyətlərinə dolur – VİDEObackend

Abşeronda çirkab suları evlərin həyətlərinə dolur – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunun Digah qəsəbəsində yaşayan sakinlər yollarının asfaltlanmamasından şikayətlənirlər.

NOCOMMENT.az xəbər verir ki, onlar iddia ediblər ki, ümumi uzunluğu beş kilometr olan yol indiyə qədər asfaltlanmayıb:

“Nə yol, nə kanalizasiya, nə də marşrut var. Kanalizasiya bütün evlərimizi bərbad hala salır, həyətlərə girmək olmur. Palçıqlı küçələrdə uşaqlarımız məktəbə piyada gedib-gəlirlər. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, icra nümayəndələrinə, bələdiyyələrə imzalar toplanıb. Heç biri üzə çıxmır”.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, qəsəbənin asfaltlanması həmin ərazidə mərkəzləşdirilmiş kanalizasiya xəttinin çəkilməsindən sonra mümkün olacaq.

Ətraflı Baku TV-nin süjetində: