Abşeronda gənc oğlan özünü bıçaqladıbackend

Abşeronda gənc oğlan özünü bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeronda intihara cəhd hadisəsi baş verib.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayonun Höküməli qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Niyazov Ağamərdi Fəxrəddin oğlu özünə bıçaqla xəsarət yetirib.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı onda döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır./report