Abşeronda həyat yoldaşını və körpəsini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayırbackend

Abşeronda həyat yoldaşını və körpəsini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunun Qobu qəsəbəsində 20 yaşlı arvadı Leyla Hüseynlini və 8 aylıq körpəsi Ayla Hüseyinlini qətlə yetirməkdə təqsirləndirilən Fərid Hüseynlinin məhkəməsi başlayır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseyinlinin sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələki açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il iyunun 20-də Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. F.Hüseyinliyə qarşı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) maddələri ilə ititham irəli sürülüb.

Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.