Abşeronda iki nəfər narkotikə görə tutuldubackend

Abşeronda iki nəfər narkotikə görə tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhəri və Masazır qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlayan şəxslər tutulublar.

NOCOMMENT  “Unikal”a istinadən xəbər verir ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Eldar Raxmatulinin üzərindən və yaşadığı evdən 4 kiloqram 65 qram marixuana, 1 kiloqram 25 qram heroin və 403 qram psixotrop maddə metamfetamin aşkar edilib.

İdarə əməkdaşları tərəfindən Masazır qəsəbəsində keçirilən əməliyyat zamanı saxlanılan əvvəllər məhkum olunmuş Sənan Əzimovdan isə 490 qram marixuana və 1 ədəd “TOZ-8” modelli müvafiq sənədləri olmayan odlu yivli silah aşkar edilib.

Saxlanılan şəxslər ifadələrində Xırdalan şəhəri və Masazır qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşləri başlanılıb.

Hər iki şəxs barəsində araşdırmalar davam etdirilir