Abşeronda məktəbli qızı maskalı şəxslər qaçırmağa cəhd ediblərbackend

Abşeronda məktəbli qızı maskalı şəxslər qaçırmağa cəhd ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda 11 yaşlı qızın zorla maskalı şəxslər tərəfindən qaçırılmasına cəhd edilib.

NOCOMMENT oxu-ya istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb. Belə ki, hadisənin dörd nəfər maskalı şəxs tərəfindən törədildiyi bildirilir.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, hadisə ilə bağlı azyaşlının valideynləri “102” Xidməti Zəng Mərkəzinə məlumat veriblər: “Məlumat Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə yönləndirilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, azyaşlı qız hazırda təhlükəsiz şəraitdə, ailəsinin yanındadır”.