Abşeronda mənzildə meyit tapıldıbackend

Abşeronda mənzildə meyit tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda bir nəfərin meyiti yaşadığı mənzildən tapılıb.

Bu barədə NOCOMMENT.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Nazirliyin “112” qaynar xəttinə Abşeron rayonunda 1 nəfərin fərdi yaşayış evində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.