Abşeronda qadınlar arasında dava: 1500 manat cərimə kəsildibackend

Abşeronda qadınlar arasında dava: 1500 manat cərimə kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Zəminə Hacıyevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

NOCOMMENT.a Pravda.az-a istinadən xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1500 manat məbləğində cərimə cəzası təyin edilib.

İttihama görə, hadisə ötən il Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Zəminə Hacıyevanın qohumu Mələk (şərti) zərərçəkmiş Günay Səmədovanın (şərti) atasına məxsus evdə kirayədə yaşayıb. Mələklə Günay arasında mübahisə baş verib. Sonra Zəminə mübahisəni aydınlaşdırmaq üçün həmin evə gəlib. Bu zaman o, əli ilə Günayın sifət nahiyəsinə, ayaqla sağ diz, sağ baldır nahiyələrindən qəsdən vuraraq qadına xəsarət yetirib.

Hadisədən sonra Zəminə Hacıyeva saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.