Abşeronda, “Qır gölü” ərazisində evlərə və həyətlərə dolan çirkab su problemi nə vaxt həll ediləcək? – VİDEObackend

Abşeronda, “Qır gölü” ərazisində evlərə və həyətlərə dolan çirkab su problemi nə vaxt həll ediləcək? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeronda, “Qır gölü” adlanan ərazidə yaşayan sakinlər çətin vəziyyətə düşüblər.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, 10 gündən çoxdur ki, ərazidəki nasosxana işləmir. Bu səbəbdən də gölün suyu daşaraq yaxınlıqda olan evlərin zirzəmilərinə və həyətlərə dolur.

Məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət etdik.

İdarədən “Xəzər Xəbər”ə bildirildi ki, həmin göl üçün nəzərdə tutulan nasosxana sıradan çıxıb. Bu səbəbdən də gölün suyu daşaraq evlərə dolub.

Nasosxana qısa vaxt ərzində təmir etdiriləcək və sakinlərin haqlı şikayəti tam həll olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.