Abşeronda sərnişin avtobusu aşdı – Xəsarət alanlar varbackend

Abşeronda sərnişin avtobusu aşdı – Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda yol qəzası olub.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Məmmədli-Kürdəxanı yolunda qeydə alınıb.

Belə ki, Fərzəliyev Saleh Əlövsət oğlu idarə etdiyi “İsuzu” markalı, 90-BF-546 dövlət nömrə nişanlı, 537 nömrəli sərnişin avtobusu ilə hərəkətə olan zaman idarəetməni itirib. Nəticədə avtobus işıq dirəyinə çırpılaraq aşıb. Sürücü və avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım maşını və polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.