Abşeronun bəzi yerlərində – Leysan olacaq, şimşək çaxacaqbackend

Abşeronun bəzi yerlərində – Leysan olacaq, şimşək çaxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yarlərində yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  NOCOMMENT.az -a verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Gündüz hava əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi 12-15 m/s, cənub-şərq küləyi 8-13 m/s sürətlə əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-15° isti olacaq.