Abşeronun sabiq xidmət rəisi barədə həbs qətimkan tədbiri seçildibackend

Abşeronun sabiq xidmət rəisi barədə həbs qətimkan tədbiri seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayon Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayon Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Xidmətinin sabiq rəisi Oruc Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı proses keçirilib.

NOCOMMENT trend-ə istinadən xəbər verir ki, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə qərarı elan edilib.

Məhkəmənin qərarı il O.Məmmədov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

O.Məmmədov bir ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayon Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Xidmətində apardığı yoxlama zamanı işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Araşdırmanın nəticələri ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsidə faktla bağlı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə) maddəsi ilə cinayət işi başlanıb və O. Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.