Abxaziya Gürcüstanla quru sərhədini bağlayacaqbackend

Abxaziya Gürcüstanla quru sərhədini bağlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abxaziya oktyabrın 23-dən oktyabrın 30-dək Gürcüstanla sərhədini bağlayır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə respublikanın Təhlükəsizlik Şurasının iclasında müvafiq qərar qəbul edilib.

Respublika Prezidenti Aslan Bjaniyanın sədrliyi ilə cümə günü keçirilən iclasda respublikanın Təhlükəsizlik Şurası oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri zamanı mümkün təxribatlarla bağlı məhdudlaşdırıcı tədbirlər təklif edib.

“Sərhəd rayonlarında PUA-ların qeyri-qanuni uçuşları ilə bağlı mövcud məlumatları nəzərə alaraq, Təhlükəsizlik Şurasının üzvləri Abxaziya Dövlət Təhlükəsizlik Xidmətinin oktyabrın 23-dən 30-dək Abxaziya-Gürcüstan sərhədində vətəndaşların keçidinin müvəqqəti dayandırılması təklifinə baxıblar. Bu, oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri zamanı radikal qüvvələrin mümkün təxribatları ilə əlaqədardır”, – deyə Abxaziya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər əvvəllər Gürcüstana qanuni səfər etmiş respublika vətəndaşlarına və yaşayış icazəsi olan şəxslərə, həmçinin İnqur SES-in (Su Elektrik Stansiyasının) işçilərinə şamil edilmir.

Abxaziya Təhlükəsizlik Şurasının katibi Raul Lolua qəbul edilən qərarları şərh edərkən deyib ki, “Gürcüstanda keçirilən seçkilər zamanı Abxaziya tərəfi sərhəd bölgəsində dağıdıcı qüvvələrin mümkün təxribatlarını istisna etmək üçün müəyyən tədbirlər görməlidir”.

“Hamıya məlumdur ki, Qərb dövlətləri, eləcə də Gürcüstandakı müxtəlif qərbyönlü hərəkatlar, o cümlədən millətçi, anti-Rusiya hərəkatları ölkədə seçkilərin qondarma qurumun açılmasında israrlı olan anti-Rusiya namizədlərinin xeyrinə keçiriləcəyini xəyal edirlər. Rusiya Federasiyasının Ukraynadakı xüsusi hərbi əməliyyatı dövründə Abxaziya ərazisində ikinci cəbhə, buna görə də biz müxtəlif təxribat xarakterli tədbirlərə qarşı ayıq olmalıyıq”, – Lolua qeyd edib.